Əgər ölməliyəmsə
Translated to Azerbaijani by @f_malikliəgər ölməliyəmsə,
sən yaşamalısan
hekayəmi danışmaq üçün
əşyalarımı satıb
bir bez parçası almaq üçün
və biraz da ip,
(onu ağ et, quyruğu da uzun olsun)
beləcə bir uşaq, Gəzzada bir yerdə
səmaya baxarkən
alovlar içində getmiş atasını -
və heç kəsə vida edə bilməmiş
nə öz bədəninə nə də özünə - gözləyərkən
çərpələngi görür, sənin düzəltdiyin mənim
çərpələngim, süzülür
göylərdə
və bir anlıq orada bir mələk olduğunu düşünür
sevgini geri gətirən
əgər ölməliyəmsə
qoy bu ümid gətirsin
qoy bir nağıl olsun